İqtİsadİyyat

Unibank Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb

Unibank Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb
 Unibank KB ASC-nin səhmdarları Azərbaycan Prezidentinin fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 220 000 AZN məbləğində vəsaitin köçürülməsi haqda qərar qəbul edib. Unibank səhmdarları və rəhbərliyi cəmiyyət qarşısında sosial məsuliyyətlərinin bir hissəsi olaraq, koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və vətəndaşlarına mənfi təsirinin yayılmasının qarşısını almaq və məhdudlaşdırmaq istiqamətində dövlətin səylərini dəstəkləməyi öz vəzifəsi hesab edir.

Eyni zamanda Bank, iqtisadiyyatdakı mümkün mənfi dəyişikliklərə xüsusilə həssas olan müştərilər üçün (hüquqi və fiziki şəxslər) öz dəstək proqramını inkişaf etdirir. Bank həm korporativ müştərilərə, həm də fiziki şəxslərə məsafədən xidmət göstərmək üçün bütün lazımi vasitələri yaradıb. Bu çətin günlərdə Unibank öz imkanları daxilində bütün mümkün vasitələrlə öz  müştərilərini dəstəkləyəcək.
 
Unibank belə çətin məqamlarda yüksək məsuliyyət nümayiş etdirən Azərbaycanın bütün işgüzar dairələrinin nümayəndələrinə təşəkkürünü və həmrəyliyini bildirir.

Unibank bir daha dəyərli müştərilərinin diqqətinə çatdırır ki, öz evlərində qalaraq onlarla bank xidmətindən mobil telefonlarında Unibank Mobile vasitəsi ilə istifadə edə bilərlər. Kommunal, kredit, hökumət ödənişlərinizi, pul köçürmələrinizi və digər mümkün əməliyyatları evdən çıxmadan edin və sağlamlığnızı qoruyun!

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930 
X