Cəmİyyət

Unibankın Baş ofisi məsafədən iş rejiminə keçib

Unibankın Baş ofisi məsafədən iş rejiminə keçib
 
Nazirlər Kabineti yanında Operativ qərargahın qərar və tövsiyələrini əsas tutaraq,
KORONAVİRUS infeksiyasının(COVİD-19) yayılma riskini minimuma endirmək üçün
Unibank rəhbərliyinin qərarı ilə bankın Baş ofis (Uniplaza) əməkdaşlarının bir hissəsi 16 mart
tarixindən etibarən məsafədən iş rejimində fəaliyyət göstərir. Unibankın baş ofisində 500-dən
cox əməkdaş çalışır. Uniplaza müasir standartlara uyğun yeni bina olduğu üçün burda
mərkəzləşdirilmiş vahid havalandırma sistemi quraşdırırlıb. Dünya praktikasında da görülmüş
faktdır ki, hər hansı bir virusun yayılma riski ümumi havalandırma sistemi olan böyük binalarda
daha çoxdur. Unibank rəhbərliyi də bu praktikanı və koronavirusla bağlı ÜST və yerli dövlət
orqanlarımızın qərar və tövsiyələrini əsas tutaraq, öz əməkdaşlarının sağlamlığının təhlükəsizliyi
üçün belə önləyici tədbirlər həyata keçirir.
Məsafədən işləməsi mümkün olan işçilər evdən işləyirlər, Baş ofisdə fəaliyyətləri zəruri olan
əməkdaşların isə şəxsi avtomobil və taksi ilə işə gəlmələri təmin olunub. Uniplazanın birinci
mərtəbəsində yerləşən müştəri xidmətlərinin fəaliyyəti də bank əməkdaşlarının sağlamlığının
təhlükəsizliyi baxımından dayandırılıb.
Hazırda Bank əməkdaşları tam sağlam şəkildə fəaliyyətlərini davam etdirirlər. Bu gün Unibankın
bütün filialları tam tərkibdə müştərilərə xidmət edir. 250-yə yaxın əməkdaş filiallarda
müştərilərin xidmətindədir. Unibankın hazırda müştərilərə xidmət edən bütün filiallarında
gündəlik dezinfeksiya işləri aparılır. Əməkdaşların və müştərilərin sağlamlığı üçün lazımı
tədbirlər görülür.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930