İqtİsadİyyat

Unibankın törəmə şirkəti AYİB-dən 5,8 milyon dollarlıq istiqraz alır

Unibankın törəmə şirkəti AYİB-dən 5,8 milyon dollarlıq istiqraz alır
 
Nizamnamə kapitalı 100%-lik "Unibank” KB ASC-yə məxsus olan "Unicapital” İnvestisiya
Şirkəti, investorlara dollar valyutasında yeni sərmayə imkanı yaradır. İnvestisiya Şirkətinin
səhmdarı, AZ2011002022 dövlət qeydiyyat nömrəli istiqrazların ("Unibank” KB ASC
tərəfindən buraxılıb) "Unicapital” İnvestisiya Şirkəti tərəfindən Avropa Yenidənqurma və
İnkişaf Bankından alınması haqda 28 yanvar 2020-ci il tarixində qərar verib. "Unicapital”ın
AYİB-dən alacağı 580 ədəd istiqrazın hər birinin nominal dəyəri 10.000 ABŞ dolları
məbləğindədir. "Unicapital” İnvestisiya Şirkətinin səhmdarı bu qərar çərçivəsində 580 ədəd
istiqrazın "Unicapital” tərəfindən satışına da razılıq verib.
"Unicapital” İnvestisiya Şirkətinin Müşahidə Şurasının müşaviri Tahir Qəribov bildirib ki,
bu sövdələşmə Unibank maliyyə qrupunun Azərbaycan bazarında etibarlı emitentlər tərəfindən
investisiya alətlərinin sayını artırmaq istəyi ilə bağlıdır: "Digər tərəfdən son vaxtlar
Azərbaycanın kommersiya banklarında dollarda əmanət faizləri, habelə ABŞ dolları ilə olan
investisiya alətlərinin məhdudluğu fiziki və hüquqi şəxslərin öz vəsaitlərini bu valyutada effektiv
və etibarlı şəkildə yerləşdirmələrini çətinləşdirib. Öz strategiyasına əsasən Unibank,
Azərbaycanın qiymətli kağızlar bazarında emitent və investor kimi fəal iştirak etməyi hədəfləyir.
Hesab edirik ki, "Unicapital”ın qiymətli kağızlar bazarında fəallığını bir qədər də artırması,
bazar iştirakçıları və investorlar üçün yeni imkanlar yaradacaq”.
"Unicapital” İnvestisiya Şirkəti, qiymətli kağızlar bazarında mövqeyini günü-gündən
artırmaqdadır. 2007-ci ildən qiymətli kağızlar bazarında böyük təcrübəsi olan və Azərbaycan
qiymətli kağızlar bazarında aparılan əməliyyatların həcminə görə ilk sıralarda yer tutan şirkət,
yerli və xarici bazarlarda investisiya və qiymətli kağızların buraxılması, habelə törəmə maliyyə
alətləri ilə ticarət xidmətləri göstərir.
2019-cu ildən başlayaraq  quot;Unicapital” İnvestisiya Şirkəti investisiya bazarında strategiyasını
dəyişdirib. Əgər 2018-ci ilin sonuna qədər şirkətin məqsədi BFB-də broker əməliyyatları
reytinqində ilk yerlərdə olmaq idisə, indi "Unicapital”ın hədəfi korporativ qiymətli kağızlar
buraxılış sektorunu inkişaf etdirmək və qiymətli kağızlar vasitəsilə Azərbaycanın qeyri-neft
sektorunun maliyyələşdirilməsini genişləndirməkdir.
"Unicapital” İnvestisiya Şirkəti, hüquqi və fiziki şəxsləri də əhatə etməklə böyük müştəri
bazasına malikdir. Uğurlu bazar təcrübəsi sayəsində Unicapital istər Azərbaycan bazarına daxil
olmaq istəyən xarici investorlar, istərsə də yerli hüquqi və fiziki müştərilər üçün etibarlı
tərəfdaşdır.

XƏBƏR LENTİ

«    Sentyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
282930