İdman

"Union" Polteri komandadan kənarlaşdırır

 

Almaniyanın "Union" futbol klubu pandemiya zamanında maaşların azaldılmasına razı olmayan hücumçu Sebastyan Polteri klubdan kənarlaşdırmağı qərara alıb.

Sfera.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında xəbər yayılıb.

Qeyd olunur ki, 29 yaşlı S.Polter rəhbərliyin maaşları azaltmaq qərarını dəstəkləməyən yeganə futbolçu olub. Oyunçunun müqaviləsi yayda başa çatsada ona razılaşma müddətinə qədər komandanın məşqlərində iştirak etməsinə icazə verilib.

 

S.Polter 2017-ci ildən "Union" klubunda oynayır. Komanda ilə 104 oyun keçirib və 46 qol vurub. İdmançı bundan əvvəl Almaniyanın "Volfsburq", "Mains", "Nürnberq" və ingilis "KPR" klubları üçün də çıxış edib.

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031