Maqazİn

Vasif Məhərrəmli: Anar Nağılbazı sosial şəbəkələrdəki insanlar öldürdü - VİDEO

Vasif Məhərrəmli: Anar Nağılbazı sosial şəbəkələrdəki insanlar öldürdü - VİDEO

Reper Anar Nağılbazı sosial şəbəkələrdə izləyicilərin yazdıqları söyüş və təhqirlər öldürdü.

Sfera.az xəbər verir ki, bunu Əməkdar artist Vasif Məhərrəmli "Show news” proqramına açıqlamasında deyib.

Müğənni sosial şəbəkələrdə yerli-yersiz şərhlər yazan izləyiciləri sərt şəkildə tənqid edərək, Anar Nağılbazın ölümündə onları günahlandırıb:

 

"Anarın ölümündə izləyicilərin yazdığı şərhlərin böyük rolu oldu. Görəsən, Anar dünyasını dəyişəndə o şərhləri yazan insanlar vicdan əzabı çəkdimi? Yazdıqları mənfi şərhlər, təhqirlər, söyüşlərin onun ölümünə təsir etdiyini fikirləşiblərmi? Onların peşman olub-olmadığını görmək istəyərdim. Heyif ki, bu mümkün deyil. Belə məsələlərdə güclü olmaq lazımdır. Əks təqdirdə həmin şəxs qəbrə kimi gedə bilər.

Ümumiyyətlə, "Instagram” bağlananda bir çox müğənnilər neyləyəcək? Bu, mənə çox maraqlıdır”.

Vasif Məhərrəmli onu xəsis adlandıranlara da cavab verib:

"Xəsis adam deyiləm. Kifayət qədər ağıllı insanam. Bir deyim var ki, "pulu qazanmaq asandır, amma xərcləmək ondan da çətindir”. Bu gün o dövr bitib. İndi pulu qazanmaq çətindir, onu xərcləmək isə iki qat çətindir. Ona görə də pulu xərcləyəndə bunu ağılla etmək lazımdır. Təbii ki, bir kişi kimi ailənin bütün lazım olan ehtiyaclarını ödəmək lazımdır”. (oxu.az)

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930