Cəmİyyət

Viruslardan qorunmaq üçün ödənişləri təmassız edin

Viruslardan qorunmaq üçün ödənişləri təmassız edin
 
Son günlər dünyada yayılan Covid-19 virusu ilə mübarizə aparmaq məqsədilə əksər ölkələrdə təhlükəsizlik və
karantin tədbirləri keçirilir, ölkələr xüsusi rejimə keçib. Artıq bir neçə gündür ki, Azərbaycanda da xüsusi rejim tətbiq
olunub, bir sıra müəssisələr bəzi məhdudiyyətlər tətbiq edib.
Bakteriya və mikrobların yayılmasının əsas "səbəbkar”larından biri məhz pul əsginaslarıdır. Əldən-əldə keçən pullar,
bir sıra mikrobların daşıyıcıları hesab olunur. Hətta el arasında deyilən "pul əl çirkidir” deyimi də məhz buradan
meydana çıxıb.
Virusa tutulmamaq və zərərli mikroblardan qorunmaq üçün xüsusilə ödənişlər zamanı təmassız vasitələrdən istifadə
etmək tövsiyə olunur. Buna misal olaraq Kapital Bank-ın təmassız texnologiyanı dəstəkləyən PayWave və PayPass
kartlarını misal çəkmək olar. Bu kartlar vasitəsilə ödəniş edərkən pul əsginaslarından istifadəyə ehtiyac olmur. Ödəniş
edərkən sadəcə olaraq kartı POS terminala yaxınlaşdırmaq kifayətdir. Elektron ödənişlərinin təhlükəsizliyini təmin
etmək üçün isə 3D Secure sisteminə qoşulmaq zəruridir.
Daha bir müasir ödəniş növü qismində BirBank mobil tətbiqindəki NFC texnologiyasına əsaslanan daha rahat və
sürətli təmassız ödəniş xidmətini qeyd etmək olar. İstifadəçilər alış-veriş zamanı və ya hər hansı bir xidmətdən istifadə
edərkən ödənişi öz smartfonları vasitəsilə həyata keçirə bilərlər. Android istifadəçiləri Kapital Bank-ın BirBank mobil
əlavəsi vasitəsilə NFC ödənişlər üçün hər hansı bir Kapital Bankın Visa kartını təyin edib, telefonu POS terminala
yaxınlaşdırıb, ödəniş edə bilərlər.
Kapital Bank əhaliyə ehtiyatlı olmağı, filiallara gələrkən tətbiq olunan xüsusi qaydalara riayət etməyi, xüsusən də
ödənişlər edərkən pul əsginasları ilə daha az təmasda olmağı tövsiyə edir. İnanırıq ki, tezliklə xüsusi rejim bitəcək,
hamı əvvəlki həyata qayıdacaq, lakin təmassız ödənişlər vərdiş olaraq qalacaq və hər bir müştəri təmassız
texnologiyalardan rahat istifadə edəcək. Özünüzü, yaxınlarınızı qoruyun və sağlamlığınızın qeydinə qalın.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin
xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930