Maqazİn

Vüqar canlı yayımda özündən çıxdı: "Bir az da belə şeylər etsələr, inanın, ölkəni tərk edəcəm" - VİDEO

Vüqar canlı yayımda özündən çıxdı:

ARB TV-nin "Ona qalsa" verilişinin növbəti qonağı müğənni Vüqar Muradov olub:

Sfera.az bildirir ki, müğənni haqqında yayılan yalan qəza xəbərinə olduqca sərt reaksiya verib:

"Yaxşı ki, ailəmlə birlikdə o xəbəri eşitdim. Bütün jurnalistlər məni rahat buraxsınlar, haqqımda heç nə paylaşmasınlar. Narahat adamam, səbrim çatmır. Sevmirəm bu cür şeyləri. Şou-biznesdə də olsam, ancaq oxumaq işinə baxıram. Qalmaqaldan, piyardan iyrənirəm, zəhləm gedir. Bir az da belə şeylər etsələr, inanın, ölkəni tərk edəcəm.

Nə qədər axmaq, alçaq xüsusiyyətli olasan ki, ağzına gələni yazasan. Mənim əsəbimi korlayıb çörək yeyən adamı zəhər yesin. Səslənirəm bütün jurnalistlərə: haqqımda yaxşı və pis heç nə paylaşmayın. Məni müğənni gözündə görməyin, ay qardaş, istəmirəm. Xahiş də etmirəm, tələb edirəm. Hansı mənim haqqımda nəsə yazsa, bilirəm onu nə etmək lazımdır". (milli.az)

 


XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930