AKTUAL

Vüsal Kərimli: "Martın 24-dən bəri 20 milyondan çox sərnişin daşınıb"

Vüsal Kərimli:

Azərbaycanda xüsusi karantin rejiminin elan olunduğu martın 24-dən bu günə qədər paytaxtda 20 milyondan çox sərnişin daşınıb.

"Report" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində məlumat verib.

Onun sözlərinə görə, hazırda Bakıda sərnişinlərə 1 750 avtobus xidmət göstərir.

"Əlavə sürücülər işə qəbul edilib və onlar ekspress marşrut xətləri üzrə xidmət göstəriblər" - deyə o, qeyd edib.

V.Kərimli həmçinin deyib ki, koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində avtobuslarda mütəmadi dezinfeksiya işləri aparılıb.

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031