İqtİsadİyyat

Xaçmaz pomidoru da qiyməti azaltmayacaq - VİDEO

Xaçmaz pomidoru da qiyməti azaltmayacaq - VİDEO

Hazırda bazarlarda 1 kiloqram pomidorun qiyməti 1.20 - 1.60 manat arasında dəyişir. Bu, ötən illə müqayisədə 30-40 faiz bahadır.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, yerli məhsulların xeyli hissəsi bazara çıxarılsa da, bu, qiymətlərin enməsinə təsir etməyib.

Xaçmazda əkilən pomidorun bazara çıxarılmasına da xeyli vaxt var. Xüsusən hava şəraitinin əlverişli keçməməsi Xaçmaz pomidorunun bazara vaxtında çıxarılmasına təsir edib.

Mütəxəssislər yerli məhsulun bazara çıxmasının da qiymətlərətəsir etməyəcəyini deyirlər. Çünki sahələrdəxəstəliklərin olması və həşəratların məhsula ziyan vurması məhsuldarlığı xeyli aşağı salıb.

Təsərrüfatçılar isə bir ay əvvəl Azərbaycana kütləvi axın edən kəpənəklərin pomidor sahələrinə ciddi zərər vurduğunu düşünürlər.

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031