İqtİsadİyyat

Xalq Bankın əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 000 manat köçürdü

Xalq Bankın əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 000 manat köçürdü
Azərbaycanın ən böyük özəl banklarından biri olan Xalq Bankın kollektivi bəşəriyyət üçün böyük təhlükə yaradan COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulub.

Xalq Bankın əməkdaşları koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq üçün həyata keçirilən tədbirlərə maliyyə dəstəyi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 000 manat vəsait toplayıblar.
 
Xalq Bank yarandığı gündən öz fəaliyyətində korporativ sosial məsuliyyət prinsiplərini rəhbər tutaraq cəmiyyətə faydalı olmağı, iqtisadiyyata dəstək verməyi, ölkə əhalisinin maraqlarını və xalqımızın ali dəyərlərini qorumağı özünə borc sayır.

Bu mürəkkəb günlərdə Xalq Bank internet bankçılıq sistemi vasitəsi ilə müştərilərə fasiləsiz olaraq bank xidmətlərini təqdim etməkdə davam edir.  

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930 
X