AKTUAL

Xalqına və dövlətinə şərəfli xidmət nümunəsi

Xalqına və dövlətinə şərəfli xidmət nümunəsi

Dövlətçilik ənənələrinin və demokratik cəmiyyətin bərqərar olmasında şəxsiyyətin rolu danılmaz olduğu kimi, onun üzləşdiyi çətinliklərdən çıxış yolu tapmaqda da şəxsiyyət amili əvəz olunmazdır. Tarixdə həmişə rəhbərlər və liderlər olub. Lakin hər lider dövlətinin, millətinin rəhbərinə çevrilə bilmədiyi kimi, hər dövlət rəhbəri də xalqın lideri ola bilməyib.


Bu baxımdan Azərbaycan xalqı xoşbəxtdir ki, onun son 50 ildən çox bir dövrü iki böyük rəhbər və liderlə bağlıdır. XX əsrin 60-cı illərindən başlayaraq dövlətimizə unikal keyfiyyətlərə malik Heyhər Əliyev kimi bir ictimai və dövlət xadimi rəhbərlik etmiş və xalqı tərəfindən ümummilli lider kimi şərəfli bir ada layiq görülmüşdür.


Bu gün milləti qarşısında ümummilli lider kimi üzərinə düşən vəzifələri şərəf və ləyaqətlə yerinə yetirmiş Heydər Əliyev zəngin və qüdrətli Azərbaycana gedən yola işıq salır.


Xalqımızın taleyinin ikinci xoşbəxtliyi isə Ulu öndərdən sonra dövlətin rəhbərinin Heydər Əliyev siyasi məktəbinin varisi və layiqli davamçısı İlham Əliyevin ölkənin rəhbəri seçilməsi oldu.


Hələ 2003-cü ildə prezident kimi səlahiyyətlərinin icrasına başladığı ilk gündən hakimiyyəti xalqa xidmət vasitəsi hesab etdiyini bildirməsi varisliyin layiqli davamının siqnalı idi. İlham Əliyevin andiçmə mərasimində "Mən hər bir azərbaycanlının prezidenti olacağam” verdiyi vəd qısa bar zaman kəsiyində öz təsdiqini göstərməyə başladı. Onun ümummilli lider Heydər Əliyev siyasi xəttini yüksək səviyyədə davam və daha da inkişaf etdirməsi müasir dövrdə Azərbaycanın dinamik tərəqqisini şərtləndirən mühüm amil kimi çıxış edir. Ənənəyə sadiq qalaraq, yeni iş yerləri açılır, əhalinin sosial rifahı yüksəlir, dövlət büdcəsinin gəlirləri artırılır, Azərbaycan idxalçı ölkədən ixrac edən ölkəyə çevrilməyə başlayır.


Azərbaycan regionun lider dövləti olaraq, strateji məsələlərin həllində müstəqil və prinsipial mövqe nümayiş etdirməklə enerji təhlükəsizliyi sahəsində dünya birliyinin vacib partnyoruna çevrilib. Sosial-iqtisadi, ictimai-siyasi və humanitar sahələri əhatə edən çoxsaylı dövlət proqramları uğurla həyata keçirilir, ölkədə vətəndaş cəmiyyəti və hüquqi dövlətin əsas dayaqları daha da möhkəmlənir.


Bütün bu nailiyyətlərin əsnasında xalqın öz rəhbərinə inam və etimadı, rəhbərin isə xalqı öz arxasınca aparmaq qabiliyətinə malik olan lider kimi, öz həyatı və fəaliyyətini ona sərf etməsi dayanır. Prezident İlham Əliyevin həm sevincli, həm də ağır günlərdə xalqının yanında olması onun humanizminin və mütləq liderliyinin əyani göstəricisidir. Təbii fəlakətdən zərər çəkən insanlara maddi yardım göstərməklə yanaşı özünün iştirakı ilə onlara mənəvi dəsrək olması və bu kimi sair işlər xalqla rəhbəri arasındakı sıx bağlılıqdan xəbər verir. Xatırlayırıq ki, I Avropa Oyunları zamanı erməni millətindən olan idmançıya medal təqdim olunarkən stadionda bir səs dalğası qalxdı. Lakin İlham Əliyev əlini bir balaca qaldırmaqla həmin dalğanı dərhal sakitləşdirə bildi. Etiraf edək ki, bunu hər rəhbər edə bilməzdi. Bunun üçün rəhbər olmaqla yanaşı gərəkdir ki, sən liderlik keyfiyyətlərinə də malik olasan. Yalnız bu halda insanlar sənin ətrafında birləşə bilərlər. İlham Əliyev və Azərbaycan xalqı kimi.


Son bir neçə aydır ki bütün bəşəriyyət koronavirus pandemiyasından əziyyət çəkir. Dünyanın ən inkişaf etmiş ölkələri belə bu böhranın qarşısında aciz qalıblar. Lakin dövlətimizin həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan minimum itkilərlə bu bəladan sovuşmaqdadır. Görülən təxirəsalınmaz işlər, əhalinin ehtiyacı olan təbəqəsinə verilən maddi və ərzaq yardımı ilə yanaşı Prezident İlham Əliyevin və Birinci vetse-prezident Mehriban xanım Əliyevanın xalqa vaxtında müraciəti günümüzün bəlasına çevrilmiş koronavirusla mütəşəkkil şəkildə mübarizə aparmağa xalqı sövq edərək bunun üçün əlverişli şərait yaratdı.

 

Lakin əfsuslar olsun ki, dövləti və milləti qarşısında məsuliyyətinini dərk etməyərək, tutduğu vəzifədən sui istifadə edən dövlət məmurlarına hələ də aramızda təsadüf olunur. Dövlət Başçısı dəfələrlə vurğulayıb ki, məmur vəzifəsi xalqa xidmət üçün təsis olunub. Bu vəzifədən öz faydaları üçün istifadə edənlər ciddi şəkildə cəzalanmalıdır və cəzalanacaqlar. Son dövrlərdə aparılan islahatlar da məhz bu istiqamətə yönəlmişdir. Biz də öz növbəmizdə belə neqativ halların qarşısının alınmasında Dövlət Başçımıza dəstək olmalı, onların aradan qaldırılması üçün birlikdə mübarizə aparmalıyıq. Burada da rəhbər – xalq, xalq rəhbər birliyi danılmazdır.


Ümummilli lider Heydər Əliyevin başladığı və hal-hazırda cənab Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilən siyasi kurs, sosial və iqtisadi inkişaf yolu Azərbaycan xalqının seçimidir. Bu inkişaf yolu xalqımızın mənafeyinə, onun inamlı sabahına, işıqlı gələcəyinə xidmət edir. Bu inkişaf modeli Azərbaycan Respublikasını demokratik, hüquqi, dünyəvi dövlət kimi möhkəmləndirən Azərbaycan xalqını xoş gələcəyə aparan nurlu yoldur.


Azərbaycanın daxili və xarici siyasətdə qazandığı uğurlar bir daha sübut edir ki, ümummilli lider Heydər Əliyevin siyasi kursu və Azərbaycan dövlətçiliyi etibarlı əllərdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin ideyalarını və qurub-yaratdıqlarını nəinki inkişaf etdirir, eyni zamanda, bu işləri müasir dövrün tələblərinə, xalqın maraqlarına uyğun yeni formada təkmilləşdirir və daha da inkişaf etdirir.


Elçin Abbasov

Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi 

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031