No image
AKTUAL

Xalqının qəlbində yüksələn lider

Xalqının qəlbində yüksələn lider
 "Cahil insanların Allahın yoluna dönmələri üçün tez-tez günəş və ulduzların necə düzüldüyünü,onların bir-birlərinə hansısa maniələr yaratmadan, kainatı bəzədilmələri ilə bağlı ibratamiz fikirlər bəyan etsək də,amma gəlki Allahı tanımaqdan qorxan,cahiliyyətin vermiş olduğu gələcəyi görməmə alışqanlıqları bu tip insanlara elə də böyük təsir etməz” Həz.İbrahim

Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində bir dəmiryolçu ailəsində dünyaya gəlmişdi.1939-cu ildə Naxçıvan Pedeqoji Texnikomunu bitirən Heydər Əliyev sonra Azərbaycan Sənaye inistitutunun memarlıq fakultəsinə daxil olur.1941-1944-cü illərdə Naxçıvan MSSR-nın Xalq Daxili İşlər Komisarlığında və Naxçıvan MSSR-sı Xalq Komisarları Sovetində müxtəlif vəzifələrdə xidmət edən Heydər Əliyev 1944-cü ilin mayında isə Naxçıvan vilayət Partiyası tərəfindən dövlət təhlükəsizliyi orqanlarında işə götürülür.

Ulu Öndərin gəlin bir daha keçdiyi ali yola diqqət salaq:

O, Leninqrad (indiki​ Sankt-Peterburq) və Moskva​ şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə​ Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini​ bitirmişdir. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il (1944-1969) çalışan Heydər Əliyev​ 1964-ci ildə​ Azərbaycan SSR Nazirlər Soveti​ yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilmişdir.​ Heydər Əliyevə​ 1967-ci ildə​ SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən general-mayor rütbəsi verilmişdir.

Azərbaycan Kommunist Partiyası​ Mərkəzi Komitəsinin​ 1969-cu il​ 14 iyul​ tarixli plenumunda 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək​ 1982-ci ilə​ qədər​ Azərbaycan SSR-ə rəhbərlik etmişdir.Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə (1969-1982) idarəçiliyin möhkəmlənməsi, kadrlara qarşı tələbkarlığın artırılması nəticəsində iqtisadi-sosial sahədə böyük nailiyyətlər əldə edildi.​ 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur.

Heydər Əliyev​ SSRİ Ali Sovetinin​ (8, 9, 10 və 11-ci çağırışlar) deputatı,9-cu çağırış​ SSRİ Ali Soveti​ İttifaq Sovetinin sədr müavini (1974-1979),​ RSFSR​ Ali Sovetinin deputatı (XI çağırış, 1985),​ Azərbaycan SSR Ali Sovetinin​ (7, 8, 9, 10 və 12-ci çağırışlar) deputatı və​ Azərbaycan SSR Ali Soveti​ Rəyasət Heyətinin üzvü (8, 9 və 10-cu çağırışlar) olmuşdur.

Sov.İKP MK-nın 1987-ci il oktyabr plenumunda Heydər Əliyev​ Sov.İKP MK Siyasi Bürosunun​ üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən öz ərizəsi ilə istefa verdi.

Heydər Əliyev​ 1990-cı ilin​ 20 yanvarında​ sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün (21 yanvar, 1990-cı il) Azərbaycanın​ Moskvadakı​ nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edən Heydər Əliyev ​ Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq,​ 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edir.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl​ Bakıda, sonra isə​ Naxçıvanda​ yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə​ Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin​ sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olmuş, Ali Sovetin sessiyalarında fəal iştirak etmişdir.Heydər Əliyev 1992-ci ildə​ Yeni Azərbaycan Partiyasının​ Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.

Azərbaycan xalqı 1993-cü ilin may-iyununda Gəncə şəhərində​ Sürət Hüseynovun​ başçılığı ilə prezident​ Əbülfəz Elçibəyə​ qarşı​ Gəncə qiyamı​ qaldırılması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Heydər Əliyevin hakimiyyətə gətirilməsi ilə ayağa qalxdı, bu, əsl mənada, milli hərəkata çevrildi, Azərbaycanın o zamankı dövlət başçıları onu rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr​ və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, dövlət müstəqilliyi qorunub saxlandı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyuldu.
1994-cü il sentyabrın 20-də Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə​ Əsrin Müqaviləsi​ imzalandı.

Heydər Əliyevin prezidentliyi zamanında milli ordu quruculuğunda ciddi dəyişikliklər başladı. Təcavüzkar silahlı qüvvələrinin Azərbaycan ərazisindəki azğınlıqlarının qarşısı alındı, qəddar düşmənə əks-zərbələr endirildi və 1994-cü ilin mayında​ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin​ həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu.

1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycan Respublikasının ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən​ Konstitusiyasının​ qəbul edilməsi,​ 1995​ və​ 2000-ci illərdə​ çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi,​ Konstitusiya məhkəməsinin​ fəaliyyətə başlaması, Azərbaycanda​ ölüm cəzasının​ ləğv olunması, "Bələdiyyə seçkiləri haqqında qanun"un və bir sıra digər qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyev​ 1998-ci il​ oktyabrın 11-də xalqın yüksək siyasi fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən​ Azərbaycan Respublikasının Prezidenti​ seçilmişdir.

Heydər Əliyev 15 may 2001-ci il tarixli fərmanı ilə EA-ya Azərbaycan Milli Elmlər Akademiyası statusu vermiş, beləliklə bu nəhəng elm təşkilatının Azərbaycan xalqı qarşısındakı xidmətlərini və akademik elmin ölkənin inkişafının əsas təminatçılarından olduğu faktını bir daha yüksək səviyyədə təsdiqləmişdir.Heydər Əlyevin təşəbbüsü, bilavasitə rəhbərliyi ilə 2001-ci il noyabrın 9-10-da​ Dünya Azərbaycanlılarının Bakıda keçirilən I qurultayı​ Azərbaycan diasporunun fəaliyyətinin yaxşılaşdırılması və gücləndirilməsi sahəsində çox dəyərli tarixi qərarlar qəbul etmişdir.

2003-cü ilin prezident seçkilərində​ namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmiş və öz namizədliyini​ İlham Əliyevin​ xeyrinə geri götürmüşdü.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu​ Klivlend Klinikasında​ (ABŞ) vəfat etmiş, dekabrın 15-də Bakıda I​ Fəxri Xiyabanda​ dəfn olunmuşdur.

​ Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 97 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur. Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması, heç də təsadüfi deyil.

Məhz Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqının iradəsinə tabe olan Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. Bu, sözün əsil mənasında, «ömrümün qalan hissəsini də xalqıma bağışlayıram» deyib, meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi. Heydər Əliyev öz siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu bir daha sübut etdi.

Ümummilli Lider daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq öz həyatı, sağlamlığı bahasına gecəli-gündüzlü fədakar əməyi hesabına müstəqil Azərbaycan dövlətini qurdu və möhkəmlətdi. Heydər Əliyev demokratik hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün ilk növbədə ölkədə ictimai-siyasi sabitliyi, qanunçuluğu bərqərar etdi, cəmiyyətdə hökm sürən hərc-mərcliyə və özbaşınalığa birdəfəlik son qoydu. Ulu Öndərin 1994-cü ildə imzaladığı Cinayətkarlıqla mübarizəyə yönəlmiş tarixi fərmanı qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsində əsaslı dönüş yaratdı.

Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Heydər Əliyevin müəllifi olduğu 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olundu, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edildi.

Ölkəmiz müstəqilliyini əldə etdikdən sonra SSRİ-dən miras qalmış, totalitar rejimə xarakterik olan hüquq sistemi və qanunlar sivil və demokratik cəmiyyət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat vermirdi. Əsas Qanunun qəbulu ölkədə bütün sahələrdə, o cümlədən hüquqi islahatların hərtərəfli və kompleks həyata keçirilməsinə rəvac verdi və bu məqsədlə müxtəlif komissiyalar yaradıldı. Hüquq sisteminə müstəsna əhəmiyyət verən ümummilli lider Heydər Əliyev Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürərək islahatların qısa müddətdə və mütəşəkkil aparılmasını təmin etdi.

Qeyd edim ki, 300-yüz minə yaxın əhalisi olan və millət vəkili olduğum Sabunçu rayonunun inkişafı da Ulu Öndərimizin adı ilə bağlıdır.Ulu Öndərimiz Heydər Əliyevin ​ xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qaydışı,respublikamızın digər rayon və şəhərləri kimi,Sabunçu rayonunun da inkişafına,yenidən qurulması istiqamətində mühüm əhəmiyyət kəsb edir.Ulu öndər daima Sabunçu rayonun qəsəbə və kəndlərində əhali ilə görüşür,onların social-iqtisadi problemləri ilə maraqlanır,kənd və qəsəbələrin yenidən qurulması istiqamətində müxtəlif proqramların həyata keçirilməsi üçün cidid addımlar atılırdı. Qeyd etməliyəm ki, Sabunçu rayonun məşğul əhalinin əsas hissəsi mədənçıxartma sənayesində, rayonda fəaliyyət göstərən neft avadanlıqlarının istehsalı müəssisələrində, çörək, fındıq və digər istehsal, ticarət, ictimai iaşə xidmət sahələrində çalışmaqdadır.Bu rayonumuzda həyata keçirilən social-iqtisadi sahədə ardıcıl addımlar,məhz Ulu Öndər Heydər Əliyevin strategiyasına əsaslanır.Bu gün Ulu Öndərin uzaq gərən strategiyasını,onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla həyata keçirilməkdədir.

10 may Azərbaycan xalqının yaddaşında təkcə Ulu Öndərin doğum kimi deyil,eyni zamanda Heydər Əliyev dühasının Azərbaycan xalqına bəxş edildiyi bir gün kimi həgg edilib.Tarix cismən aramızdan ayrılan,amma adı dünyaya səs salan müasir Azərbaycanın qurucusunun heç bir zaman unutmayacaq.Çün ki,Azərbaycan xalqı öz qəhramanına könüllərdə qurduğu könül sevgisi ilə daima Heydər Əliyevi yaşadacaqdır.
Əlabbas Salahzadə
Milli Məclisin deputatı

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930