Cəmİyyət

Xankəndi xəstəxanaları meyitlərlə doldu - Yaralı erməni əsgərlər Yerevana daşınır

Xankəndi xəstəxanaları meyitlərlə doldu - Yaralı erməni əsgərlər Yerevana daşınır
 

İşğal olunmuş torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə düşmən böyük itkilər verməkdədir. 

Sfera.az xəbər verir ki, artıq vəziyyət o həddə çatıb ki, Xankədidəki xəstəxanalarda yer tapılmır. 

Tibbi ləvazimatları və qan ehtiyatı azaldığı üçün ölkə üzrə hər kəs səfərbər olub. Ancaq Dağlıq Qarabağdakı xəstəxanalar yaralı erməni əsgərlərlə tam dolub. Xəstəxanaların dəhlizlərində belə yaralı və meyit əlindən tərpənmək olmur. Erməni hərbçilərinin meyitləri yük maşınları ilə hospitallara çatdırılır.  

Yerevana gətirilən yaralı əsgərlərin sayının durmadan artması itkilərin nə qədər böyük olduğundan xəbər verir. Erməni qadınlar isə xəstəxanalar qarşısında oturub ölən erməni əsgərlər üçün ağlayırlar.  

 

Qeyd edək ki, sentyabrın 27-dən bu gün səhər saatlarınadək düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, 5 silah-sursat anbarı, 50-dək tankəleyhinə vasitələr, 55 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Hazırda bütün cəbhə boyu hərbi əməliyyatlar davam edir.

(baku.ws) 


XƏBƏR LENTİ

«    Oktyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031