Cəmİyyət

XƏBƏRDARLIQ: Yoluxanların sayı artır, karantin rejimi sərtləşə bilər

XƏBƏRDARLIQ: Yoluxanların sayı artır, karantin rejimi sərtləşə bilər

Azərbaycan Respublikasında 76 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Beləliklə də, bugünkü statistika o qədər də ümidverici deyil”.

Sfera.az  xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, hər kəs göstərilən təlimlərə mütləq əməl etməlidir. Əks təqdirdə karantin rejiminin yumşaldılması prosesi dayandırıla bilər.

"Rayonlarda fəaliyyət göstərən ictimai iaşə müəssisələri, ticarət obyektlərinin təlimatlara əməl etməsi mütləqdir. Əks halda bu, yumşalmaya mane ola bilər. Həftəsonunda qərar verilə bilər. Amma dinamikanın artması bu məsələyə təsir edir. 65 yaşdan yuxarı şəxslərlə bağlı yumşaldıcı qərar da dinamikadan asılı olacaq”, - deyə İ.Məmmədov deyib.

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930 
X