Krİmİnal

Xəstəni öldürən həkim - Hakim qarşısına çıxacaq

Xəstəni öldürən həkim - Hakim qarşısına çıxacaq

Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının keçmiş həkim-cərrahı Elxan Heydərov yenidən hakim qarşısına çıxarılacaq.

 

 

Sfera. az-ın məlumatına görə, aprel ayının 2-də Sumqayıt Apellyasiya Məhkəməsində hakim Elman Rəhimovun sədrliyi ilə cinayət məcəlləsinin 124.1ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirləndirilən Heydərov Elxan Əfqan oğlunun məhkəməsinin hazırlıq iclası keçiriləcək. Cinayət işində zərərçəkmiş qismində Cavadlı Ziyad Loğman oğlu tanınıb.

Qeyd edək ki, Elxan Heydərov 2018-ci ildə 15 sutkalıq inzibati həbsə alınmışdı. İddia edilirdi ki, o, Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında həkimlərdən Novruz bayramı ilə əlaqədar pul yığıb. (yeni sabah)

XƏBƏR LENTİ

«    Oktyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031