Cəmİyyət

Xətainin heykəlinin yerdəyişməsinin faydaları - Ekspert danışdı

Xətainin heykəlinin yerdəyişməsinin faydaları - Ekspert danışdı
 

"Şah İsmayıl Xətainin heykəlinin əvvəlki yerində olması nəqliyyatın hərəkətində müəyyən çətinliklər yaradırdı".

Bunu "MediaPost” saytına açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.

Ekspertin sözlərinə görə, həmin ərazidə nəqliyyat vasitələrinin şəhər istiqamətində hərəkəti normal olsa da, heykəlin burada olması Heydər Əliyev prospekti istiqamətində solda yeləşən iki zolaqda tıxanmaların yaranmasına səbəb olurdu. Bu da düzgün hərəkəti mümkünsüz edirdi:

"Hazırda Bakı Nəqliyyat Agentliyi (BNA) həmin ərazi üçün bir sıra təkliflər irəli sürüb. Belə ki, Xətai heykəlinin köçürülməsinin ardından həmin ərazidə işıqfor ilə tənzimlənmə yaradılacaq. Heykəlin yerində maraqlı bir yol sxemi forması təşkil olunacaq. Həmin sxemlə 28 May küçəsinə oradan rahat daxil olmaq mümkün olacaq ki, bu da yaxşı yanaşmadır. Çünki Ali Məhkəmənin yanından gələn nəqliyyat vasitələri artıq Yusif Səfərov Küçəsinə daxil olub, Bakı Şəhər Baş Polis İdarəsinin yanından bir də geriyə dönüb qayıtmayacaqlar və birbaşa 28 May küçəsinə və eləcə də, yenidən Yusif Səfərov və Afiyəddin Cəlilov küçəsinə daxil olmaqla Cavanşir körpüsü üzərinə çıxa biləcəklər. Burada şaxələnmə yaxşı təşkil olunub. Lakin yolun işıqforla hansı formada nizamlanacağı və hara daha çox üstünlük vermək lazım olduğunu zaman göstərəcək.

Cənab Prezident İlham Əliyev də bu gün həmin layihə ilə tanış oldu və öz tapşırıq və tövsiyələrini verdi. Yəqin ki, BNA bu ərazidə ən mükəmməl variantı tətbiq edəcək. Həmçinin həmin küçədə - keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin qarşısında piyada keçidi də salına bilər. Bununla da Yusif Səfərov Küçəsində hərəkətin təşkili normallaşmış və problemlər geridə qalmış olacaq".

XƏBƏR LENTİ

«    Avqust 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31