No Image
No Image

Xətainin heykəlinin yerdəyişməsinin faydaları - Ekspert danışdı

Xətainin heykəlinin yerdəyişməsinin faydaları - Ekspert danışdı
 

"Şah İsmayıl Xətainin heykəlinin əvvəlki yerində olması nəqliyyatın hərəkətində müəyyən çətinliklər yaradırdı".

Bunu "MediaPost” saytına açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.

Ekspertin sözlərinə görə, həmin ərazidə nəqliyyat vasitələrinin şəhər istiqamətində hərəkəti normal olsa da, heykəlin burada olması Heydər Əliyev prospekti istiqamətində solda yeləşən iki zolaqda tıxanmaların yaranmasına səbəb olurdu. Bu da düzgün hərəkəti mümkünsüz edirdi:

"Hazırda Bakı Nəqliyyat Agentliyi (BNA) həmin ərazi üçün bir sıra təkliflər irəli sürüb. Belə ki, Xətai heykəlinin köçürülməsinin ardından həmin ərazidə işıqfor ilə tənzimlənmə yaradılacaq. Heykəlin yerində maraqlı bir yol sxemi forması təşkil olunacaq. Həmin sxemlə 28 May küçəsinə oradan rahat daxil olmaq mümkün olacaq ki, bu da yaxşı yanaşmadır. Çünki Ali Məhkəmənin yanından gələn nəqliyyat vasitələri artıq Yusif Səfərov Küçəsinə daxil olub, Bakı Şəhər Baş Polis İdarəsinin yanından bir də geriyə dönüb qayıtmayacaqlar və birbaşa 28 May küçəsinə və eləcə də, yenidən Yusif Səfərov və Afiyəddin Cəlilov küçəsinə daxil olmaqla Cavanşir körpüsü üzərinə çıxa biləcəklər. Burada şaxələnmə yaxşı təşkil olunub. Lakin yolun işıqforla hansı formada nizamlanacağı və hara daha çox üstünlük vermək lazım olduğunu zaman göstərəcək.

Cənab Prezident İlham Əliyev də bu gün həmin layihə ilə tanış oldu və öz tapşırıq və tövsiyələrini verdi. Yəqin ki, BNA bu ərazidə ən mükəmməl variantı tətbiq edəcək. Həmçinin həmin küçədə - keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin qarşısında piyada keçidi də salına bilər. Bununla da Yusif Səfərov Küçəsində hərəkətin təşkili normallaşmış və problemlər geridə qalmış olacaq".


Turan Bank

OXŞAR XƏBƏRLƏR

Açıq havada maska taxmamaqla bağlı AÇIQLAMA

"Qapalı mühitdə məsələləri tam həll etməmiş, açıq havada insanlardan maska taxmağı tələb etməyimiz düzgün deyil". Sfera.az xəbər verir ki, bu sözləri "ARB...

Azərbaycanlı ailə 28 il sonra doğma yurdunda çay içdi - VİDEO

Azərbaycanlı ailə 28 il sonra işğaldan azad edilmiş yurduna gedib və öz həyətlərində çay içib. Sfera.az xəbər verir ki, bununla bağlı görüntüləri Azərbayc...

Bu qurumlar "Hökumət buludu"na keçəcək

Azərbaycanda daha 5 dövlət qurumunun "Hökumət buludu"na ("G-cloud") keçidi ilə bağlı müzakirələr aparılıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazi...

"Göl" restoranı bağlandı - FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, i...

Zümrüd Qasımova əməliyyat olundu - FOTO

Aparıcı-aktrisa Zümrüd Qasımova əməliyyat olunub. Sfera.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat paylaşıb.  Z.Qasımova qeyd edib...

Hacıqabulda nişan mərasimi keçirən qudalar məsuliyyətə cəlb edildi

Hacıqabul Rayon Polis Şöbəsinə (RPŞ) rayonun İkinci Udulu kəndi ərazisindəki fərdi yaşayış evlərinin birində nişan mərasimi keçirilməsi barədə məlumat daxil olu...