AKTUAL

"Xəzər TV"də məşhur verilişin yayımı dayandırıldı - AÇIQLAMA

 
Xəzər Televiziyasında Kamal Dənizin "Çöl adamı” verilişinin yayımı dayandırılıb.

Sfera.az  xəbər verir ki, yenicag.az-a açıqlama verən Kamal Dəniz xəbəri təsdiq edib:

"Bəli, aprelin 15-dən verilişin yayımı dayandırılıb. Amma çəkilişlərimiz davam edir. Hazırda Şəmkir rayonunda çəkilişdəyik. Bu veriliş müəllif layihəmdir. Azərbaycan tarixi, milli mətbəxi, mədəniyyəti, təbiətini əks etdirən və təbliğ edən verilişdir.

Kifayət qədər tamaşaçı kütləsi var. Tamaşaçılar yaxın vaxtlarda Xəzər Televiziyasında olmasa da, başqa telekanalların birində verilişi izləyə biləcəklər”.

Aparıcı verilişin yayımının hansı səbəbdən dayandırılmasına belə aydınlıq gətirib:

"Yeni format təklif olundu, qəbul etmədim. Ərizəmi yazıb işdən çıxdım”.

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930