XİN binasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı + YENİLƏNİR

XİN binasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı  + YENİLƏNİR

Xarici İşlər Nazirliyində həyata keçirilən anti-korrupsiya əməliyyatında həbs olunanlardan birinin adı bəlli olub.

 

Sfera.az-ın məlumatına görə, bu nazirliyin İşlər İdarəsinin müdiri Fərhad Mollazadədir.

 

Xatırladaq ki, Fərhad Mollazadə xarici işlər naziri Elmar Məmmədyarovun yaxın dostudur və o nazir təyin olunandan bərabər çalışırlar.

 

12:07


Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində anti-korrupsiya əməliyyatı həyata keçirilir.


Sfera.az-ın məlumatına görə, hüquq-mühifizə orqanları hazırda XİN-nin binasındadır. Nazirliyin bir neçə vəzifəli şəxsinin saxlandığı bildirilir.

 

Xatırladaq ki, xarici işlər naziri Elmar Məmmədyarov ötən gün özünün 60 illik yubileyini qeyd edib.

XƏBƏR LENTİ

«    Avqust 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31