Xocalı soyqırımının iştirakçısı olan polkovnik məhv edildi

Xocalı soyqırımının iştirakçısı olan polkovnik məhv edildi
Ermənistanın "qəhrəman” adlandırdığı polkovnik Rüstəm Qasparyan məhv edilib.

Sfera.az xəbər verir ki, bu barədə "Sputnik” Ermənistan məlumat yayıb.

Erməni millət vəkili Naira Zoqrabyanın açıqlamasına görə, Qarabağda gedən döyüşlərdə ağır yaralanan Rüstəm Qasparyan xilas edilə bilməyib.

Xatırladaq ki, Azərbaycan Ordusunun öz torpaqları uğrunda qətiyyətli mübarizəsi şəraitində Birinci Qarabağ Müharibəsində iştirak etmiş keçmiş erməni deputat Rüstəm Qasparyanın oğlu da məhv edilmişdi.

Polkovnik rütbəsi daşıyan Qasparyan Xocalı soyqırımında aktiv iştirak edib.

XƏBƏR LENTİ

«    Oktyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031