İdman

Xorvatiyalı müdafiəçi "Qəbələ" ilə vidalaşıb

Xorvatiyalı müdafiəçi
 

"Qəbələ"də daha bir futbolçunun taleyinə aydınlıq gəlib.

Sfera.az xəbər verir ki, müdafiəçi İvitsa Juniç bölgə təmsilçisi ilə yollarını ayırıb.

Bunu əməkdaşımızla söhbətində xorvatiyalı futbolçu özü deyib. 32 yaşlı mərkəz müdafiəçisi "Qəbələ" ilə müqavilə müddətinin başa çatdığını və klubdan ayrıldığını söyləyib.

Arxa xətt oyunçusu karyerasını harada davam etdirəcəyini hələlik dəqiqləşdirməyib. Onun ölkəmizə qayıtmaq ehtimalı da var. Çünki Premyer Liqanın digər təmsilçiləri də Juniçin xidmətində maraqlıdır.

Bununla İvitsa Juniç "Qəbələ"dən ayrıldığı təsdiqlənən 4-cü oyunçu olub. Ona qədər Amin Seydiyev, Samir Məhərrəmli və İdris İnqilablı "Sabah"a keçib.

Qeyd edək ki, ötən ilin yayında "Qəbələ"yə "Atırau"dan keçən İvitsa Juniç Premyer Liqada 17 matçda iştirak edib, 2 qola imza atıb.

XƏBƏR LENTİ

«    Avqust 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31