AKTUAL

YAP 69 deputat mandatı qazanıb - "EXİT-POLL"

YAP 69 deputat mandatı qazanıb -
ABŞ-ın "Artur J.Finkelstein and Associates” təşkilatı Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərlə bağlı apardıqları "exit-poll"un nəticələrini açıqlayıb.

Sfera.az "Report"a istinadən xəbər verir ki, şirkətin vitse-prezidenti Corc Börnbaun bunun Azərbaycanda keçirdikləri sayca 5-ci "exit poll" olduğunu deyib.

O bildirib ki, sorğular 1053 seçki məntəqəsində aparılıb: "Nəticələr 47 sahə nəzarətçisinə artıq təqdim edilib. Nəticələr Nyu-Yorkdakı ofisimizə çatdırılıb. Gün ərzində 76 min müsahibə aparılıb. Hər məntəqə üzrə, təxminən, 640-650 sayda müsahibə düşüb".

C.Börnbaun deyib ki, bunun rəsmi nəticələrdən cüzi fərqi ola bilər.

Şirkətin sorğusunun nəticələrinə görə, hakim Yeni Azərbaycan Partiyası Milli Məclisdə 69 yer qazanıb. Parlamentə seçilən deputatların 41-i müstəqil şəxslərdir.

Vətəndaş Həmrəyliyi Partiyası 3, Azərbaycan Demokratik İslahatlar Partiyası 1, Böyük Quruluş Partiyası 1, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 1, Azərbaycan Demokratik Maarifçilik Partiyası 1, Vəhdət Partiyası 1, Vətəndaş Birliyi Partiyası 1 mandat qazanıb.

"Exit-poll" Naxçıvandakı 7 dairə istisna olmaqla 118 seçki dairəsində aparılıb.

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930