Cəmİyyət

Yelo Bankın "Novruz xonçası" onlarla ailəni sevindirdi

Yelo Bankın
 
Novruz bayramı xeyirxahlıq və birlik rəmzidir. Yelo Bank ailəsi bunu dörd həftə ərzində bir sıra regionda
aztəminatlı ailələlərə bayram sovqatı paylamaqla bir daha nümayiş etdirdi.
Ardıcıl olaraq ilk üç çərşənbədə quot;Lənkəranquot;, quot;Bərdəquot; və quot;Gəncəquot; filiallarının kollektivləri bu regionlarda
yaşayan insanlara əsl bayram əhval-ruhiyyəsi yaşatdı.
Sonuncu olaraq estafeti qəbul edən Bakı və Sumqayıtda fəaliyyət göstərən filialların əməkdaşları da
həmkarlarından geri qalmadı. Bu, həm də dost xonçası idi! Belə ki, kollektivimiz Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin #DostXonçası layihəsinə qoşularaq tənha yaşayan ahılları İlaxır çərşənbədə
hədiyyəsiz qoymadı. Necə deyərlər, dost payı şirin olar!
Ürəklə və təbəssümlə xidmət etmək üçün dəyişən Yelo Bank yalnız müştərilərinə deyil, hər kəsə
təbəssüm bəxş etməkdən məmnundur.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930