AKTUAL

Yeni növ onlayn fırıldaq: Əvvəlcə iş təklif edirlər, sonra isə...

Yeni növ onlayn fırıldaq: Əvvəlcə iş təklif edirlər, sonra isə...

Əmanət Bankı yeni fırıldaq sxemlərini üzə çıxarıb.


Sfera.az Ria.Novosti-yə istinadla bildirir ki, Rusiyanın Əmanət Bankı koronavirus pandemiyası zamanı dələduzların istifadə etdiyi bir neçə yeni fırıldaq sxemini üzə çıxarıb. Bu haqda RİA. Novosti-yə bankın İdarə Heyəti sədrinin müavini Stanislav Kuznetsov danışıb.


"Onlayn iş təklif edən saxta İnternet agentlikləri fəallaşıb. Sadəlövh iş axtaran ona təqdim olunan anketə şəxsi məlumatlarını daxil edir. Az sonra həmin şəxs şirkət tərəfindən məktub alır, ona bildirilir ki, işə qəbul olunub və təcili olaraq lazımi avadanlıq əldə etmək üçün pul köçürməlidir. Nəticədə, it də əldən gedir, ip də”,- deyə, o bildirib.


Hazırda dələduzlar arasında ƏDV-nin qaytarılması sxemixüsusi populyarlıq qazanmaqdadır. Fırıldaqçılar İnternetdə yayımladıqları videoçarxlarda gəlirsiz qalan bütün rusiyalılara əlavə dəyər vergisini geri qaytarmaq təklifi ilə müraciət edir. Bu sxemdə müştərilər fırıldaqçı lingdlə təsvirdən viddeoçarxa keçərək heç kəsin köməyi olmadan məxaric əməliyyatı həyata keçirirlər ki, bu da pul itkisi ilə nəticələnir.

 

Dələduzlar COVID-19 testlərindən də tələ yemi kimi istifadə edirlər. Test əldə etmək istəyənlərə elan saytında guya malların haqqını ödəmək üçün ling göndərilir. Amma həmin linglə keçid edən qurban saxta sayta daxil olur və dələduza pul ödəyir. Real şirkətlərin VÖEN və PSRN-lərini əks etdirən veb saytlar hazırlayan maska satıcıları da buna bənzər sxemdən istifadə edir. Amma aldanan müştəri əslində pulu fırıldaqçıların elektron cüzdanlarına köçürür, nəticədə pulunu da itirir, mal da almır.


Bundan əlavə, maliyyə fırıldaqçıları qurbanlar cəlb etmək üçün məşhur marka və şirkətlərin özünütəcrid dövrününün (#evdəqal, # evdəqalmaqdahayaxşıdır və s.) Hashtaglarınin surətini çıxararaq, internet istifadəçilərinə üç min rubl almaq üçün kampaniyada iştirak etməyi təklif edirlər. Bunun üçün guya kart məlumatlarını və birdəfəlik SMS şifrəsini təqdim etmək lazım olduğunu bildirirlər. İnternet istifadəçilərinə sorğudan keçib mükafat almağı təklif edən cinayətkarlar da eyni prinsiplə hərəkət edir, amma bunun üçün əvvəlcə kiçik məbləğdə ödəniş etməlisiniz.

 

"Cinayətkarlar bu sxemlərlə kifayətlənmirlər, ammaəksər hallarda məhz onlara müraciət edirlər. Biz bu kimi halları aşkar edib dərhal Roskomnadzor-a xəbər veririk, o da həmin saytları blokllayır. Amma təəssüf ki, bloklanan saytların əvəzinə yeniləri yaradılır",- deyə, Kuznetsov vurğulayıb.

Qeyd edək ki, bu günədək Rusiyada 299 941 insana koronavirusa yoluxma diaqnozu qoyulub, onlardan 76 130 nəfəri sağalıb, 2837 xəstə isə dünyasını dəyişib.

 

 

 

Selcan

Sfera.az

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930