Cəmİyyət

Yol polisindən xəbərdarlıq: “Bu yollara çıxmayın”

Yol polisindən xəbərdarlıq: “Bu yollara çıxmayın”
Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) hava şəraiti ilə bağlı çətinlik yaranan yolların siyahısını açıqlayıb.

Sfera.az xəbər verir ki, BDYPİ-nin şöbə rəisi polkovnik Kamran Əliyev oxu.az-a açıqlamasında bildirib ki, hazırda Bakı-Quba, Bakı-Şamaxı və Bakı-Qazax yolunda hərəkət bərpa edilib və avtomobillərin hərəkəti normaldır:
"Bu yollarda nəqliyyat vasitələri normal şəkildə hərəkət edir. Lakin Şamaxı, Ağsu, İsmayıllı və Şəki rayonlarının ərazisində güclü qar yağır. Hətta texnika yolu təmizləyib geri qayıdanda yenidən yolun qarla örtüldüyü halları müşahidə edilir. Bu baxımdan Baş Dövlət Yol Polis İdarəsi sürücülərə tövsiyə edir ki, qış təkərləri olmayan və texniki cəhətdən nasaz olan nəqliyyat vasitələri ilə yola çıxmasınlar”.

K.Əliyev qeyd edib ki, bu cür nəqliyyat vasitələri DYP-nin stasionar postlarında saxlanılır:
"Yol polisi nasaz olan nəqliyyat vasitələrinin sürücülərinə bu cür təhlükəli yollarda hərəkət etməyə icazə vermir. Avtomobili saz vəziyyətdə, təkərləri qaydasında olan sürücülər arasında da təcrübəsinə güvənməyən və ehtiyat edənlər olarsa, yol polisinin postlarında avtomobilini saxlayıb, yolda hərəkətin bərpa edilməsini gözləyə bilərlər. Yaxud bir az istirahət edib, geri qayıda bilərlər.
Ümumiyyətlə, təcrübəli sürücülərlə yanaşı, bəzən təcrübəsi az olan, qarlı havada, buzlu yollarda avtomobillə hərəkət etməyən insanlar olur. Onlar belə hava şəraitində həyəcan keçirir və avtomobili normal idarə edə bilmirlər. Bu şürücülərə tövsiyəmiz odur ki, belə havalarda yola çıxmasınlar. Yaxud, hər hansı problemlə üzləşəndə yol polisi postuna müraciət etsinlər”.

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930