Maraqlı

“Yumurtadan, hörümçəkdən, 13 rəqəmindən, pişikdən....” –TANINMIŞLARIN QORXU VƏ FOBİYALARI

“Yumurtadan, hörümçəkdən, 13 rəqəmindən, pişikdən....” –TANINMIŞLARIN QORXU VƏ FOBİYALARI

Hər birimiz nədənsə qorxuruq, içimizdə hansısa olaylarla bağlı vahimə yaşayır. Bu qorxu və fobiyalar müxtəlifdir. Kimi araxnafobiyaya mübtəladır, yəni hörümçəklərdən qorxur, kimi də daha ciddi fobiyanın əsiridir-insanlardan qorxur, bu isə sosifobiyadır. Tanınmış insanların və tarixi şəxsiyyətlərin əksəriyyəti aviauçuş qorxusu kimi adi fobiyalarla yanaşı, kifayət qədər qəribə, misal üçün, otaq bitkilərindən qorxu kimi qəribə fobiyalardan əziyyət çəkiblər.

 


Sfera.az-ın tanınmış insanlar və onların fobiyaları haqda maraqlı faktları təqdim edir:

 

 



 

"Psixo” və "Basgicəllənmə” kimi filmlərlə dünyada tanınan məşhur Hollivud rejissoru, triller ustası Alfred Hiçkokovofobiyadan - oval formalı predmetlər fobiyasından əziyyət çəkirdi. Adi toyuq yumurtasından qorxan rejissor, onu iyrənc hesab edirdi.

Həyatı boyu bircə yumurtanın belə dadına baxmayan Hiçkoku, yumurtanın sarısı ilə ağınının görünüşü belə diksindirirdi.


 

 

Nə qədər qəribə olsa da, dünyaya Mikki Mausu bəxş edən Uolt Disney siçanlardan qorxurdu.

 

 


 

 

Merilin Monro aqorafobiyadan əziyyət çəkirdi - o açıq məkandan və insanların gur olduğu yerlərdən qorxurdu.

Məşhur Hollivud aktrisaları Barbara Streyzəndlə Kim Besencer də eyni fobiyalara mübtəladır.

 



 

Dünyaşöhrətli Amerika yazıçısı Stiven Kinqtəyyarə ilə uçmaqdan, pişiklərdən və 13 rəqəmindən qorxur.

Yazıçı kitab yazanda heç vaxt 13-cü səhifədə dayanmır.

Bundan əlavə, qaranlıqdan qorxduğu üçün yalnız işıqlı otaqda yatır.

 


 

 

Dünyaşöhrətli kino rejissoru Vudi Allen bir sıra fobiya və qorxulardan əziyyət çəkdiyi üçün düz 40 il psixoanalitikin yanında müalicə olunub. Hörümçəklərdən qorxmaqla yanaşı, Allen yüksəkliklikdən və qapalı məkanlardan da qorxur.

 


 

 

Məşhur Eyfel qülləsinin yaradıcısı Qustav Eyfeldisleksiyadan (beyin qabığının zədələnməsi nəticəsində oxumaq (qiraət) qabiliyyətinin itməsi) əziyyət çəkirdi və nə qədər paradoksal səslənsə də, yüksəklikdən dəhşətli dərəcədə qorxurdu.

 


 

 

Silah qorxusunun seksual və emosional natamamlıqdan xəbər verdiyini iddia edən psixoanaliz elminin banisi, avstriyalı nevroloq Ziqmund Freyd özü silahdan və qıjı bitkisindən qorxurdu.

Freyd qıjı qorxusunun səbəbini açıqlamaqdan çəkinsə də, belə bir fərziyyə var ki, o, uşaqlıqda qıji ilə bağlı hansısa sarsıntı yaşayıb.

 


 

 

Məşhur ixtiraçı Nikola Tesla hermafob (hermofobiya-bir insanın başqa bir şəxs və ya cisimlə təmasda olduqda mikroblara yoluxma ehtimalından qorxmasıdır) idi. O, insanlara və üzərində mikrob olan istənilən əşyaya toxunmaqdan çəkinirdi. Tesla çox tez-tez əllərini yuyurdu. Bundan əlavə, o, bəzək əşyalarından da qorxurdu, onu ən çox qorxudan və ikrah hissi yaradan isə mirvari qaşlı sırğalar idi.

 


 

 

Fransa imperatoru Napoleon Bonapart onda panika yaradan pişiklərdən qorxurdu.

Maraqlıdır ki, hökmdarların əksəriyyəti, o cümlədən də, Hitler, Mussolini, II Nikolay, Makedoniyalı İsgəndərYuli Sezaraylurofobiyadan - pişik qorxusundan əziyyət çəkirdi.

 



 

Sürrealizm cərəyanının ən tanınmış nümayəndələrindən biri, rəngkar, qrafik, heykəltəraş və yazıçı Salvador Daliçəyirtkələrdən o dərəcədə qorxurdu ki, əgər çəyirtkə onun üzünə sıçrasa, o uçuruma tullanmağı üstün tutardı.

Etnofobiya- həşərat qorxusu, kifayət qədər geniş yayılmış fobiyadır, Hollivud aktyorları Bred Pitt, Tom KruzSkarlet Yohanson bu fobiyayaya mübtəladır.

 



 

Tanınmış rus yazıçısı Nikolay Qoqol diri-diri torpağa gömülməkdən qorxurdu.

Gəncliyində malyariya ensefaliti keçirən Qoqol, ömrü boyu dərin yuxu ilə sonuclanan huşsuzluqdan əziyyət çəkib.

Qoqol qorxurdu ki, insanlar onu ölmüş bilib torpağa gömər. Bu səbəbdən, qocalanda hətta uzanıb yatmaq belə istəmirdi, oturaq vəziyyətdə yatmağa üstünlük verirdi. 

Bəstəkar Frederik Şopen və nağılçı Xristian Andersen də bu fobiyadan əziyyət çəkirdi. Andersen yatmazdan əvvəl bir kağıza yazırdı ki, ölmüş görünə bilsə də, əslində ölməyib, yatır.

 



 

Tanınmış proletar şairi Vladimir Mayakovski də çirk və mikroblardan qorxurdu, qapı dəstəklərindən yalın əllə yapışmaqdan çəkinirdi, bunun üçün mütləq əl yaylığından istifadə edirdi.

Kiminləsə əllə salamlaşandan dərhal sonra mütləq əllərini sabunla yuyurdu və üzərində həmişə yod gəzdirirdi.

 

 


 

Tanınmış rus şairi Sergey Yesenin sifilisə yoluxmaqdan qorxurdu. Dostu Anatoli Marienqof danışırdı ki, Yesenin adi sızanağı belə məlum xəstəliyin əlaməti kimi qəbul edib uzun-uzadı güzgüdə özünü nəzərdən keçirirdi.

 



 

Bir çox psixoloq və psixoterapevt İosif Stalinin şəxsiyyətini analiz etməyə çalışıb.

Sovet lideri kim tərəfindənsə zəhərlənəcəyindən, təyyarə ilə uçmaqdan, eləcə də uzanıb yatmaqdan qorxurdu.

 


 

 

Selcan

Sfera.az


 


XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930