Krİmİnal

Yusif İldırımzadənin qaynı qətlə yetirildi

Yusif İldırımzadənin qaynı qətlə yetirildi
 Bu gün saat 16 radələrində paytaxtın Nərimanov rayonu ərazisində 1948-ci il təvəllüdlü Tağıyev Tahir Abbas oğlunun yaşadığı evdə üzərində  kəsilmiş-deşilmiş bədən xəsarətləri olan meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nərimanov rayon prokurorluğundan Sfera.az-a verilən məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə)  maddəsi ilə cinayət işi başlanılıb.
 
Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, apa-nın yaydığı məlumata görə, qətlə yetirilən şəxs Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qaynıdır. 

XƏBƏR LENTİ

«    Oktyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031