İqtİsadİyyat

Öz biznesinə başlamaq istəyən aztəminatlı şəxslərə Azər Türk Bankdan dəstək

Öz biznesinə başlamaq istəyən aztəminatlı şəxslərə Azər Türk Bankdan dəstək
 

Dövlət bankı Azər Türk Bank ölkə Prezidentinin həssas əhali qruplarının özünüməşğulluq proqramına Azərbaycan banklarının da dəstəyi barədə çağırışı ilə əlaqədar olaraq AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, AR Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında əməkdaşlığa dair imzalanmış müvafiq memoranduma  qoşulmuşdur. 

 

Bank tərəfindən müxtəlif kateqoriya, iş sahəsi və coğrafi rayona aid, öz biznesinə başlamaq istəyən aztəminatlı qismində ilkin beş nəfər seçilərək, həmin şəxslərin biznes planlarına uyğun olaraq, onlar üçün lazımi aktivlərin siyahısı tərtib edilmişdir.

 

Beləliklə, 25 iyun tarixindən başlayaraq, Bakı şəhəri və regionlar üzrə, öz biznesinə başlamaq istəyən dörd nəfər fiziki şəxsə Azər Türk Bank tərəfindən lazımi aktivlərin təqdimatı həyata keçirilməkdədir.

Qeyd edək ki, aktivlər sahibkarlara əvəzsiz olaraq verilir.

Azər Türk Bank sosial məsuliyyət strategiyasına uyğun olaraq əhalinin özünəməşğulluq işlərinin təşkili istiqamətində fəaliyyətini davam etdirməkdədir.

1995-ci ildən fəaliyyət göstərən "Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

 

Ətraflı məlumatı 012945 çağrı mərkəzi və ya +994557770945 WhatsApp nömrəsindən əldə edə bilərsiniz.

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031