Gündəm

Öz çıxarına hesablanmış mesenatlıq – və ya Mübariz Mənsimovun saxta erməni nifrəti

Öz çıxarına hesablanmış mesenatlıq – və ya Mübariz Mənsimovun saxta erməni nifrəti

Azərbaycan xalqı bütün tarixi ərzində xeyriyyəçilik əməllərini təqdir edib, mesenatların adları dil-dil dolaşıb, el dilində buna aid xeyli məsəllər mövcuddur. Bu gün də istər ölkədə istər xaricdə yaşayan həmvətənlərimiz xeyriyyəçilik məsələlərinə xüsusi yer ayırırlar. Elə dünyanı cənginə bürümüş koronavirus zamanı da imkanlı azərbaycanlı iş adamları öz həmvətənlərinin köməyinə çatmasını bunun bariz nümunəsi hesab etmək olar.


Milli xüsusiyyətlərimizdən irəli gələn digər bir məsələ də hər zaman olunan köməkliyin anonim saxlanılması olub. "Balığa at dəryaya, balıq bilməsə də Xaliq bilər" misalı da elə bu ənənənin təsdiqi kimi yaranıb.

Türkiyədə fəaliyyət göstərən Mübariz Mənsimov adlı bir azərbaycanlı iş adamı da var ki, onun xeyriyyəçilik məqsədi ilə etdiyi bütün addımlar mətbuat ştabı tərəfindən hər dəfə geniş PR olunub.

Bu geniş reklam kampaniyasının əsl mahiyyəti isə uzun illər sonra, məhz bu günlərdə onun istintaqa cəlb edilməsi ilə üzə çıxdı. Belə ki, Türkiyə üçün olduqca həssas olan "FETÖ işi" ilə əlaqədar həbs edilən Mübariz Mənsimov öz "xeyriyyəçiliyinin" cavabı kimi insanları gah məhkəmə qarşısına çıxmağa, gah akdiya piket eləməyə səslədi.

Ölkə mətbuatının diqqətini çəkən digər məsələ isə Mübariz Mənsimovun ABŞ Xəzinəsini 1 milyard dollarılıq aldadan və 130 il həbs cəzası istənilən amerikal iş adamı Levon Termenjyanla əlaqələrinin olmasıdır. Məlum olub ki, 2016-cı ildə Mənsimov bu adamla şərikli olaraq "Palmali USA LLC" gəmi şirkəti yaradıblar.

Xatırladaq ki, Mənsimov daha əvvəl ermənilərlə iş birliyi barədə deyilənlərə cavab olaraq, "Şirkətimdə 3-cü nəsil erməni olduğunu eşitsəm, dərhal qovaram. Azərbaycanlı erməni ilə əməkdaşlıq edərsə, o, azərbaycanlı deyil, xaindir" söyləyib.
Demək ki, bu bəyanatlarının da arxasında sırf populizm, özünə sadə insanların gözündə xal qazanmaq niyyəti durubmuş. Belə olan halda, Mübariz Mənsimov nə üzlə deyə bilər ki, etdiyi xeyriyyə işləri təmiz niyyətdən doğub? Demək ki, Mənsimovun sadə məntiqi ilə düşünsək hər bir əməlin arxasında özünə sərf edən məqam olacağı təqdirdə, hətta erməni ilə də birgə iş qurmaq olarmış...


Sonxeber.az

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031