No Image
No Image

Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! – VİDEO

Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! – VİDEO
Azərbaycan, Ermənistan və Rusiya Silahlı Qüvvələrinin nümayəndələri xüsusi vasitələrdən (GPS) istifadə edərək Kəlbəcər rayonu ərazisində Azərbaycan və Ermənistan dövlət sərhədində demarkasiya işlərinə başlayıblar.

Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sərhədin tam və dəqiq müəyyənləşdirilməsi sərhədin bu və ya digər hissəsinin mülkiyyəti ilə bağlı mübahisələrin və mümkün təxribatların aradan qaldırılması baxımından vacibdir. Demarkasiya işlərindən sonra Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin hərbi bazalarının göstərilən sərhədlərdə yerləşdiriləcəyi qeyd olunub.

Qeyd edək ki, bu gün 250 Azərbaycan hərbçisinin, o cümlədən yüksək rütbəli zabitlərin Zod (Söyüdlü) qızıl mədəninin ərazisində peyda olduqları ilə bağlı erməni mətbuatı məlumat yaymışdı. Hətta bununla bağlı video da paylaşılmışdı. Qeyd olunurdu ki, Azərbaycan əsgərləri erməni hərbçilərindən mədənin ərazisini tərk etməyi tələb ediblər.

"Bura bizim ərazimizdir, rədd olun burdan”, – Azərbaycan Ordusunun zabiti deyib.

Erməni tərəfinin təmsil edənlər məsələni aydınlaşdırmaq üçün vaxt istəyiblər. İki saata yaxın davam edən danışıqlardan sonra Azərbaycan Ordusunun əsgərləri sabaha qədər onlara vaxt verib:

"Onlar (Azərbaycan əsgərləri – red.) gedərkən deyiblər ki, sabah gələndə sizi burda görməyək. Yoxsa bilirsiniz nə edəcəyik!”

Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Düşmənin S-300-ü belə məhv edilib - Yeni görüntülər yayıldı - VİDEO

Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində uğurlu əməliyyatlarından biri də düşmənin S-300 zenit-raket qurğularının sıradan çıxarılması olmuşdu. S...

Türkiyəli hərbçilər Bakıda - VİDEO

Türkiyəli hərbçilər Bakıya gəlib.    Sfera.az xəbər verir ki, bu barədə məlumatı və görüntüləri türkiyəli jurnalist Kürşad Zorlu özünün "Twitter" he...

Bu şəxslərə iki həftə evdən çıxmaq qadağan edilsin - YENİ TƏKLİF

Ölkəmizdə koronavirusa yoluxma sayı 4 mindən çoxdur. Hər birimiz bu virusun təhdidi altındayıq. Mütəxəssislər faciəvi sonluqdan qaçmaq üçün mübarizə tədbirlərin...

Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! – VİDEO

Azərbaycan, Ermənistan və Rusiya Silahlı Qüvvələrinin nümayəndələri xüsusi vasitələrdən (GPS) istifadə edərək Kəlbəcər rayonu ərazisində Azərbaycan və Ermənista...

Kəlbəcəri sonuncu ermənilər də tərk etdi – VİDEO

Ermənistan noyabrın 25-nə qədər işğal altında saxladığı Kəlbəcər rayonunu tərk etməlidir. Ermənistan KİV xəbər verir ki, britaniyalı jurnalist Bert Lankas...

Qubadlı istiqamətində düşmənin atıb qaçdığı hərbi texnika və silah-sursat - VİDEO

Qubadlı istiqamətində gedən döyüşlər zamanı düşmənin atıb qaçdığı hərbi texnika və silah-sursatların görüntüləri yayılıb. Bu barədə Sfera.az  Müdafiə...