Gündəm

Zakir Həsənov Sergey Şoyqu ilə telefon danışığının detallarını açıqladı

Zakir Həsənov Sergey Şoyqu ilə telefon danışığının detallarını açıqladı

"Aprel müharibəsinin ilk 3 günündə Azərbaycan Ordusu azsaylı heyətlə Ermənistan ordusunu darmadağın etdi”.

"Report” xəbər verir ki, bunu Müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.

 

O, Aprel döyüşlərinin davam etdiyi günlərdə Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə apardığı telefon danışığının detallarını açıqlayıb: 

"Sergey Şoyuqu Azərbaycana çox yaxşı münasibət bəsləyir, bizim çox yaxşı və etibarlı əlaqələrimiz var. Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının heç bir sənədində təşkilat qarşısında duran vəzifələrdən biri kimi Dağlıq Qarabağın müdafiəsi məsələsi yoxdur. Çünki ora Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. 2016-cı ildəki döyüş əməliyyatları zamanı Ermənistan ordusunun bir hissəsi darmadağın edildikdən sonra biz Lələtəpəni aldıq, Talış istiqamətində irəliləməyə başladıq. Həmin vaxt onlar Rusiyaya, Sergey Şoyquya zəng edərək ona yalvarırdılar ki, mənə zəng edib Azərbaycan Ordusunu dayandırsın. Bizim telefon danışığımız olub, mən Rusiyanın müdafiə nazirinə izah etdim ki, bu, əks-hücumdur, onların təxribatına cavabdır və bizim məqsədimiz məhz həmin azsaylı şəxsi heyətlə, həmin ön xəttdəki hissələrlə onları yaşayış məntəqələrindən geri atmaqdır”.

Z.Həsənov bildirib ki, Azərbaycan Ordusunun cavab zərbəsi Ermənistanda təşvişə səbəb olub: "Onlarda artıq səfərbərlik başlamışdı. Səfərbərlik nə vaxt başlayır? O vaxt ki, ordunun şəxsi heyətə ehtiyacı olur və s. Onların qocaları musiqi ilə Yerevanda avtobuslara doluşurdular, ermənicə təhdid edirdilər ki, bəs indi gələcəyik Azərbaycana. Bütün bunlar necə bitdi? Bu insanlar haradadır? Yəni bu, döyüş əməliyyatlaının nəticəsidir”.

Müdafiə naziri vurğulayıb ki, 2016-cı ildəki hərbi əməliyyatlar həm də islahatdan keçmiş Azərbaycan Ordusu üçün sınağı idi: "Bundan başqa, biz orduda islahatlara başlamışdıq və bizim təsdiqə ehtiyacımız var idi: biz doğrumu inkişaf edirik, peşəkar ordunu doğru yollamı qururuq. Bir çoxları 2015-ci ildəki hadisəni unudur. Onda da lokal hərbi əməliyyatlar baş verdi. Orada da Ermənistan ordusu məğlubiyyətlərə uğrayırdı, böyük itkiləri var idi. O zaman hələ helikopter də itirmişdilər. Bunu da unutmamaq lazımdır. 

Azərbaycan Ordusunun son illərdə qazandığı uğurlar göz qabağındadır. Bunu hər kəs görür, hər kəs bilir. Ən əsası da odur ki, döyüşlər nəticəsində ordunun döyüş ruhu, ölkədəki vətənpərvərlik yüksəlib. Yadınızdadırsa, 2016-cı ildə nə qədər gənc cəbhəyə getmək, erməni işğalçıları ilə savaşmaq istəyirdi. Mən cəbhədən qayıdarkən orduya könüllü şəkildə yazılmaq istəyən, vətən uğrunda savaşmaq istəyən minlərlə gəncləri görürdüm. Bu çox vacibdir”. 

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031