Dünya

Zelenski Krımı Avropanın problemi adlandırdı – “Birlikdə olmalıyıq”

Zelenski Krımı Avropanın problemi adlandırdı – “Birlikdə olmalıyıq”
Ukrayna prezidenti Vladimir Zelenski, Polşa (Ancey Duda), Estoniya (Kersti Kalyulayd), Litva (Gitanas Nauseda) və Latviya (Eqils Levits) liderləri ilə diskussiya zamanı Avropada Krım uğrunda müharibənin davam etdiyini bildirib.
 
Sfera.az xəbər verir ki, onun bəyanatı  Ukrayna lideri ofisinin saytında dərc olunub.

"Ukraynanın bir hissəsi, bizim Krım yarımadası ilhaq edilibsə, ölkəmizin şərqində müharibə gedirsə, demək, Avropada da  müharibə gedir. Bizim birlikdə olmağımız çox vacibdir”, - deyə  Zelenski bildirib.
 
Varşavada keçirilən "Xalqların xoşbəxtliyi ədalətli qanunlara əsaslanır, qanunların səmərəliliyi isə onların icrasından asılıdır”  mövzulu diskussiya zamanı Ukrayna prezidenti vurğulayıb ki, Ukrayna Avropa Birliyini daha da gücləndirəcək qüdrətli  dövlətdir.

Selcan
Sfera.az
 

XƏBƏR LENTİ

«    May 2021    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31