Maqazİn

Zülfiyyə Xanbabayevadan etiraf: Plastik həkimlərə ehtiyacım qalmır - FOTO

Zülfiyyə Xanbabayevadan etiraf: Plastik həkimlərə ehtiyacım qalmır - FOTO

Xalq artisti Zülfiyyə Xanbabayeva "İnstagram” hesabında paylaşımı ilə gündəmə gəlib.

Sfera.az xəbər verir ki, "Oxu” adlı mahnısına çəkdirdiyi klipinin kadr arxası fotolarını paylaşan sənətçi onun görünüşünə bəzək-düzək verən saç və makiyaj ustalarına mesaj ünvanlayıb:

"Məni elə gözəlləşdirirsiniz ki, plastik həkimlərə müraciət etməyə ehtiyacım qalmır”.

Bununla da Z.Xanbabayeva ona tamaşaçılar tərəfindən ünvanlanan "Plastik əməliyyat etdirmisiz?” suallarına cavab vermiş olub.

Qeyd edək ki, xarici görünüşünə diqqətlə yanaşan xalq artisti Zülfiyyə Xanbabayeva müasir kosmetologiyanın köməyi ilə simasına əl gəzdirib.

O, həmçinin incəsənət nümayəndələri arasında dəbdə olan "Hollivud gülüşü”nə sahib olmaq üçün dişlərinə vinir taxdırıb.(oxu.az)

XƏBƏR LENTİ

«    Avqust 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31